Dünya futbolu

“Yuventus” Kosta ilə müqavilə imzalayır

“Bavariya”nın futbolçusu Duqlas Kosta “Yuventus”a keçməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, gələn həftə Turin klubunun nümayəndələri Münxenə yollanaraq transferi həll etməyə çalışacaqlar. Bu barədə “Tuttosport” nəşri məlumat verib.

Keçidin qiyməti 30 milyon avrodur. Məhz bu qədər 2015-ci ildə “”Bavariya “Şaxtyor”a ödəmişdi.

Bir müddət əvvəl onunla “Zenit”in də maraqlandığı söylənilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43