“Yuventus” “Bavariya”nın hücumçusu Tomas Mülleri almaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun rəhbərliyi futbolçunun müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Müller yeni müqavilə imzalamaqdan imtina edərsə, “Yuve” onu azad agent kimi almağa çalışacaq.
Müller bütün karyerasını “Bavariya”da keçirir. Onun hazırkı sözləşməsi gələn ilin yayında başa çatır.
Bu mövsümdə futbolçu Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.