21 Fevral 2025
Dünya futbolu

“Yuventus” nigeriyalı hücumçunu transfer edir

“Yuventus” qış transfer dönəmində  Ademola Lukmanı heyətinə cəlb etmək istəyib.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisinin idman direktoru Kristian Kuntoli ilə futbolçunun agenti arasında yanvar ayında görüş baş tutub. Nigeriyalı ulduzun da “Atalanta”nı tərk etmək niyyətində olduğu bildirilib.

Klub da onun yayda satışına açıqdır. Bu səbəbdən də transferin mövsüm sonu baş tutacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43