“Yuventus”un baş direktoru Mauritsio Skanavino yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək üçün danışıqlar apardığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, sözləşməsi ləğv ediləcək oyunçu azad agent statusunda olacaq.
Daha əvvəl məlum olmuşdu ki, fransalının dopinqə görə diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilib.