“Gimarayş”ın portuqaliyalı müdafiəçisi Alberto Kosta karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu oyunçuya qarşılıq 12 milyon avro təklif edib.
Tərəflər razılığa yaxındırlar və 21 yaşlı oyunçunun özü də “Yuventus”a transfer olmağa müsbət yanaşır.
Kosta bu mövsüm “Gimarayş”ın heyətində 20 matçda meydana çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.