05 Fevral 2025
Dünya futbolu

“Yuventus” Premyer Liqadan oyunçu aldı

“Yuventus” “Nyukasl”dan müdafiəçi Lloyd Kellini icarəyə götürüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir. “Yuventus” Kellini satın alma öhdəliyi ilə icarəyə götürüb.

“Transfermarkt” ın məlumatına görə, icarə 3,8 milyon avroya başa gəlib. Satınalma variantı 17,2 milyon avro təşkil edəcək.

Bu mövsüm 26 yaşlı ingilis 14 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43