“Yuventus” rəsmi saytında Kriştiano Ronaldo ilə bağlı məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bundan əvvəl məhkəmə Turin komandasının inflyasiyanı nəzərə alaraq keçmiş hücumçuya 9,8 milyon avro ödəməli olduğu barədə qərar çıxarmışdı. Ancaq rəhbərlik pulu ödəsə də, sonradan bu qərarla razılaşmayıb.
Bu səbəbdən də klub Turin Ədalət Məhkəməsinə müraciət edib.