09 İyun 2026
Dünya futbolu

“Yuventus” Sörlotla anlaşmağa yaxındır

“Yuventus” hücum xəttinə yeni forvard gətirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun Aleksandr Sörlotla şəxsi müqavilə şərtlərini razılaşdırdığı bildirilir. Norveçli futbolçu son illərdə məhsuldar oyunu ilə seçilib. “Yuventus” rəhbərliyi onu gələcək layihənin vacib hissəsi hesab edir.

Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir. Duşan Vlahoviçin ayrılacağı ehtimalı bu keçidi daha da aktuallaşdırır.

Transferin yaxın həftələrdə yekunlaşa biləcəyi qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43