Ölkə futbolu

“Yuventus” və “Mançester Siti”nin sabiq futbolçusu “Qəbələ”yə gəlir

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” ikinci transferinə hazırlaşır.

İdmanxebercom-un məlumatına görə, “hotsport” saytı “qırmızı-qaralar” Bolqarıstan millisinin sabiq üzvü Valeriy Bojinovu heyətinə qatacağı barədə məlumat yazıb. Tərəflər arasında 2018-ci ilə qədər sözləşmə imzalandığı bildirilir.

Bojinov karyerası ərzində “Yuventus”, “Fiorentina”, “Mançester Siti”, “Parma” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43