22 Oktyabr 2024
İdman

“Yuventus” və “Sevilya”dan qələbə

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində bu gün daha iki matç baş tutub.

Portuqaliyada "Portu" İtaliya nəhəngi "Yuventus"u qonaq edib. İki qolun vurulduğu matçda "qoca sinyora" qələbə qazanan tərəf olub.

Günün digər oyununda isə "Sevilya" "Lester"i sınağa çəkib. Görüş ispanların qələbəsi ilə yekunlaşıb – 2:!.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

23:45. “Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)  0:2

Qollar: Pyaca, 7, Dani Alves, 74

23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)  2:1

Qollar: Sarabia, 26, Korrea, 62, Vardi, 73
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43