Dünya futbolu

“Yuventus”da 4 illik müqavilə

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Turin təmsilçisi 23 yaşlı hücumçunun agenti ilə danışıqlara başlayıb.

Onunla 4 illik yeni müqavilə imzalanacaq. İtaliyalı futbolçu yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacaq.

Xatırladaq ki, P.Dibala bundan əvvəl “Yuventus”la müqavilənin müddətini uzadacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43