Dünya futbolu

“Yuventus”da iki ciddi itki

“Yuventus”un iki futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la qarşılaşmanı buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, söhbət  Paulo Dibala və Daniel Ruqanidən gedir. Hər iki futbolçu zədəli olduğundan ispanlarla oyunda Turin klubuna kömək edə bilməyəcək.

Qeyd edək ki, “Vilyarreal” – “Yuventus” matçı fevralın 22-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43