Dünyadan

“Yuventus”da şok itki

“Yuventus” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora”nın müdafiəçisi Leonardo Bonuççi “Cenoa” ilə oyunda zədələnib. Zədəsi ciddi olan təcrübəli futbolçunun ən azı 2 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, Bonuççi bu mövsüm “Yuve” forması ilə A seriyasında 12 oyuna çıxıb, 1 qol vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43