“Yuventus” qapıçı Mattiya Perinlə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı oyunçunun yeni sözləşmə müddəti 2027-ci ilin iyununa qədərdir. Perin 2018-ci ildən Turin təmsilçisində çıxış edir.
Qolkiper bu mövsüm “Yuventus”un heyətində 4 matçda meydana çıxıb.