“Yuventus” stadionunun adını daşıyan Almaniyanın “Allianz” sığorta şirkəti ilə yeni anlaşma əldə edib.
“Ağ-qaralar” şirkətlə 2030-cu ilə qədər yeni müqavilə imzalayıb. Stadionun adı “Allianz” qalacaq.
Bu anlaşmadan “Yuventus” 103 milyon avro qazanacaq. Daha öncəki müqavilə 2023-cü ilə qədər idi.