İtaliyanın “Yuventus” klubunun təcrübəli müdafiəçisi Paolo De Şeliyenin karyerasını harada davam etdirəcəyi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Turin klubu 27 yaşlı futbolçunu “Parma”ya icarəyə verib.
Qeyd edək ki, De Şeliye ötən mövsümün yarısını da icarə əsasında “Cenoa”da keçirmişdi.