DÇ-2014-də göstərdiyi uğurlu oyunla çilili Arturo Vidal “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Yuventus”la 2017-ci ilə qədər müqaviləsi olan Vidalın meneceri Fernando Feliçeviç Mancester klubu ilə görüşüb. Transfer dəyəri 35 milyon funt sterlinq olan futbolçunun keçidinin yaxın günlərdə baş tutacağı gözlənilir.
Qeyd edək ki, Fernando Feliçeviç həm də bir neçə gün bundan öcə “Arsenal”a keçən Aleksis Sançesin meneceridir.