“Yuventus”un hücumçusu Federiko Kyesa karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” 26 yaşlı italiyalıya iddialıdır. Münhen komandası forvardı yay transfer pəncərəsi üçün qısa siyahıya daxil edib. Eyni zamanda, “Yuventus” Kyeza ilə müqaviləni uzatmaq istəyir.
Keçən mövsüm futbolçu 37 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.