“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin köməkçisi Marko Landuççi “Napoli”nin baş məşqçisi Lusiano Spallettini təhqir edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından məşqçilər arasında gərginlik yaşanıb. Landuççi Spalettiyə “Keçəl, sənin ürəyini yeyərəm” – deyə, qışqırıb.
Bu ifadə İtaliya Futbol Federasiyasından olan matçın nümayəndələri tərəfindən eşidilib. Məşqçinin cəzalandırılacağı gözlənilir.
Xatırladaq ki, “Yuventus” 59 xalla A Seriyasının turnir cədvəlində 3-cüdür. Neapollular 78 xalla İtaliya çempionatında liderliyini davam etdirir.