“Yuventus”un müdafiəçisi Danilo komandadan ayrılmaq qərarına gəlib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Braziliyaya qayıtmaq niyyətindədir. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
33 yaşlı müdafiəçiyə “Flamenqo” və 2Santos”dann təklif var. Danilonun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
Bu mövsüm müdafiəçi 16 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.