“Yuventus”un və İspaniya milli komandasının sabiq üzvü Fernando Llorentenin yeni klubu məlum olub.
36 yaşlı hücumçu “Eybar”la müqavilə imzalayıb. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Llorente ilə müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.
Llorente karyerası ərzində daha əvvəl İspaniyada “Sevilya”, “Atletik”, İngiltərədə “Tottenhem”, İtaliyada “Yuventus”, “Napoli” kimi klublarda çıxış edib.