“Yuventus” 14 oyundur məğlub olmur.
İdmanxeber.az-ın məlumatına görə, Massimiliano Alleqrinin yetirmələri sentyabrın 23-də “Sassuolo”ya məğlub olduqdan sonra 11 dəfə qələbə gəlib, 3 dəfə isə heç-heçə edib.
“Qoca sinyora” İtaliya A seriyasında 43 xalla lider “İnter”in 2 xal gerisində 2-ci pillədədir.