26 Noyabr 2024
Ölkə futbolu

Zədəlilərindən “Sumqayıt”a şad xəbər

Premyer Liqanın 10-cu turu çərçivəsində səfərdə “Sabah”la qarşılaşacaq “Sumqayıt”da iki futbolçu zədəlidi.

Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev İdmanxeber.az-a bildirib ki, bir müddətdi  zədəli olan qapıçı Mehdi Cənnətov və yarımmüdafiəçi Kristian Velinovski fərdi məşq edir. Lakin hər iki futbolçunun “Sabah”la matçda meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Sabah” – “Sumqayıt” oyunu oktyabrın 21-də keçiriləcək və saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43