Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Zalsburq” klubu itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, avstriyalılardan 5 futbolçu İsaak Vorsah, Valon Berişan, Franki Şiemer, Asger Sörense və Stefan Lisanker zədələnərək İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Zalsburq” oyunu buraxmaq təhlükəsi ilə üzləşiblər.
Qeyd edək ki, məlumatı klubun rəsmi saytı yayıb.