Sabah keçiriləcək “Qarabağ” – “Zalsburq” matçı üçün Avstriya təmsilçisi Ağdam klubundan 500-ə yaxın bilet istəyib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Respublika stadionun 28-ci sektoru qonaqlara verilib.
Həmin sektorun azarkeş tutumu isə 432-di.
Bundan əlavə 11 avstriyalı jurnalist Bakıya sözügedən oyunu işıqlandırmaq üçün gəlib.