19 Fevral 2025
Kateqoriyasız

“Zalsburq”un baş məşqçisi: “Bizi Bakıda çox fanatik və istiqanlı azarkeşlər gözləyir”

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Valletta” matçını (4:0) stadiondan izləyən Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter III mərhələdə qarşılaşacaqları Ağdam təmsilçisi haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə,  43 yaşlı mütəxəssis bunları deyib:

“Qarabağ” xüsusilə legionerlərin timsalında çox güclü komandadı. Üstəlik bizi Bakıda çox fanatik və istiqanlı azarkeşlər gözləyir. Buna görə də hər iki oyuna ciddi köklənməliyik”.

İyulun 30-da Bakıda keçiriləcək “Qarabağ” – “Zalsburq” oyunu saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43