18 Fevral 2025
Kateqoriyasız

“Zalsburq”un müdafiəçisi: “Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”a 1:2 hesabı ilə məğlub olan “Zalsburq”un müdafiəçisi məğlub olduğları oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Andreas Ulmer Avstriya mətbuatına açıqlamasında bu sözləri deyib:

“Qarabağ”ın oyununu analiz etmişdik. Bilirdik ki, komanda texnikalı və sürətli futbolçulara malikdir. Düzü, “Qarabağ”dan belə oyun gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Mərhələni keçmək şansı bizdə daha çoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43