Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda ən yaxın izləyicisi “Partizani”ni qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:0.
23 yaşlı müdafiəçi start heyətdə yer alıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, Z.Əliyev bu mövsüm Albaniya çempionatında 6 oyun keçirib. O, bütün oyunlarda əsas heyətdə meydana çıxıb.