26 Oktyabr 2024
Ölkə futbolu

Zamiq oynadı, komandası heç-heçə etdi

Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Dinamo Tirana” ilə heç-heçə edib – 1:1.

Meydana start heyətində çıxan Zamiq görüşü əvəzolunmadan keçirib. 

Hazırda “Eqnatiya” 16 xalla 2-ci pillədədir

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43