18 Oktyabr 2024
l Divizion Ölkə futbolu

“Zaqatala” evdə, MOİK səfərdə qələbə qazandı

Azərbaycan 1-ci liqasında 5-ci tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

 

Günün ilk oyununda “Cəbrayıl” MOİK-i qəbul edib. Görüşün taleyini 1 qoll həll edib. MOİK ilk hissənin əvvəllərində urduğu qolla 3 xalı qazanan tərəf olub.

Digər matçda isə “Zaqatala” “Bakı Sportinq”lə qarşılaşıb və qalib gəlib – 2:0

Tura sabah oynanılacaq 1 matçla yekun vurulacaq.

1-ci liqa, 5-ci tur

18 oktyabr (cümə)

13:30. “Cəbrayıl” – MOİK – 0:1

Qol: X.Sadıxov, 7
“ASCO Arena”

14:00. “Zaqatala” – “Bakı Sportinq” – 2:0

Qollar: J.Assumu, 61, R.İsmayılov, 90
Zaqatala OİK stadionu

19 oktyabr (şənbə)

14:00. “Qəbələ” – “Difai”
Qəbələ şəhər stadionu

16 oktyabr (çərşənbə)

“Karvan” – “İmişli” – 3:2

“Qaradağ Lökbatan” – “Mingəçevir” – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43