Yeni mövsümə hazırlıqlarını davam etdirən “Simurq” heyətini də gücləndirir.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Zaqatala klubu 3 legionerlə müqavilə bağlayacaq.
Əyalət klubunun düşərgəsində olan bu futbolçulardan biri müdafiəçi, biri yarımmdüafiəçi, digəri isə hücumçudu.
Çixradzanin bəyənib komandasında görmək istədiyi müdafiəçi Çexiyadan, hücumçu isə Polşadandı. Klubun müqavilə bağlayacağı yarımmüdafiəçi isə Afrika ölkələrinin birindəndi.
Adıçəkilən futbolçularla yaxın günlərdə müqavilə imzalanacaq.