Ölkə futbolu

Zaqatalalı azarkeşlər AFFA-nı hədəfə aldılar

Premyer Liqanın IV turu çərçivəsində “Simurq” Bakıda “Neftçi”nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun fanatları səfər matçında etiraz aksiyası keçirmək niyyətindədilər. Belə ki, “Simurq” azarkeşləri AFFA-ya etiraz əlaməti olaraq “istefa” şüarları səsləndirib, qırmızı kartları havaya qaldıracaqlar.

Qeyd edək ki, “Neftçi” – “Simurq” oyunu “Bakcell Arena”da, saat 19:25-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43