Dünya futbolu

Zaza daha 4 il “Valensiya”da

“Valensiya” komandada icarə əsasında çıxış edən Simone Zaza ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı hücumçu ilə 2021-ci ilə qədər müqavilə bağlayan “Valensiya” onun transfer hüququna da yiyələnib. Bu transfer üçün İspaniya klubu “Yuventus”a  16 milyon avro ödəyəcək.

Qeyd edək ki, qış fasiləsində komandaya qoşulan italiyalı futbolçu 14 matçda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43