Dünya futbolu

“Zenit” İtaliya klubundan oyunçu alır

“Zenit” “Torino”nun yarımmüdafiəçisi İvan İliçlə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Rusiya klubu 23 yaşlı serbiyalı üçün 25 milyon avro təklif edə bilər. Turin klubunun futbolçunu satmağa hazır olduğu və onun transferə razı olacağına ümid etdiyi qeyd edilir.

İliçin “Torino” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir. Y”arımmüdafiəçi 2023-cü ilin yayında 16,5 milyon avroya “Verona”dan Torinoya keçib.

2023/24 mövsümündə yarımmüdafiəçi 36 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Avro 2024-də serb 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43