“Zenit” serbiyalı hücumçu Luka Yoviçin transferi üçün “Milan”a müraciət edib
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun İtaliya klubunda gələcəyi hələ müəyyənləşməyib. Hücumçu ilə Səudiyyə Ərəbistanı təmsilçilərinin də maraqlandığı qeyd edilir.
2023/24 mövsümündə Yoviç “Milan”ın heyətində bütün turnirlərdə 30 matçda iştirak edib, 9 qol vurub və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 7 milyon avro qiymətləndirilir.