Dünya futbolu

“Zenit” “Roma”nın müdafiəçisini transfer edir

“Zenit” klubunun nümayəndələri ilə “Roma”nın idman direktoru Monçi arasında Münxendə görüş baş tutub.

İdmanxeber.com-un məlumatına görə, tərəflər İtaliya klubunun 26 yaşlı müdafiəçisi Kostas Manolasın transferini müzakirə edib.

Məlumata görə, Sankt-Peterburq klubu yunan futbolçu üçün “Roma”ya 25 milyon avroluq təklif irəli sürüb. Oyunçu artıq bu keçidə razılıq verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43