Milli komanda

“Zenit”in futbolçusu: “Azərbaycan millisi ciddi rəqibdi”

Bu gün yoxlama oyununda yığmamızla qarşılaşacaq Rusiya millisinin aparıcı üzvü Denis Şatov Rusiya mətbuatına müsahibə verib. 

İdmanxeber.com-un məlumatına görə, “Zenit”in yarımmüdafiəçisi Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib: “Azərbaycan millisi ciddi rəqibdi. Son tsikldə onlarla bir qrupda yer almışıq. Evdə yalnız sona yaxın qol vura bilədik. Səfərdə isə heç-heçə oynadıq. Bu, Azərbaycan millisini ciddi rəqib kimi qəbul etməyə əsas verir. Odur ki, onlarla oynamaq maraqlı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43