17 Sentyabr 2024
Dünya futbolu

Zidan “Mançester Yunayted”ə niyə gəlmədiyini açıqladı

Fransalı baş məşqçi Zinəddin Zidan dil probleminə görə “Mançester Yunayted”ə rəhbərlik etmək istəmədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssis ingilis dilini başa düşdüyünü, lakin komandanı effektiv idarə edəcək səviyyədə fikrini çatdıra bilmədiyini vurğulayıb:

“Mançester Yunayted”i idarə etmək istərdimmi? Mən ingilis dilini başa düşürəm, amma bu dili mükəmməl bilmirəm. Düzdür, kluba xarici dil bilmədən gələn məşqçilər var, amma mən başqa cür işləyirəm. Qlobal kontekstdə qələbə bir çox detallardan ibarətdir. Dil bilgisinin lazım olduğunun fərqindəyəm”.

Zidan 2021-ci ilin yayından “Real”dan ayrıldıqdan sonra işsizdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43