Zinəddin Zidan Premyer Liqada çalışmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, ötən günlərdə fransalı mütəxəssisin “Mançester Yunayted”i işləyə biləcəyi barədə xəbər çıxmışdı. Ancaq Zidanın MY də daxil olmaqla Premyer Liqada klub çalışdırmaq fikri yoxdur.
42 yaşlı fransalı 2021-ci ilin mayında “Real”dan ayrıldığından bəri heç bir yerdə işləməyib.