“Tottenhem”in hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, gənc futbolçuya Madrid “Real”ı “elçi düşüb”.
“Kral klubu” 22 yaşlı forvardı mövsümün sonunda heyətinə qatmaq arzusundadı.
“Kral klubu”nun yeni baş məşqçisi Zinəddin Zidan rəhbərliklə söhbətində Keyni komandasında görmək istədiyini bildirib. İspanlar indidən qarşı tərəflə danışığa start veriblə.