Fransalı sabiq futbolçu Zinəddin Zidanın oğlu Teo Zidan özünə yeni klub tapıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı oyunçu İspaniyanın “Kordoba” ilə anlaşıb. Tərəflər arasında 2 illik sözləşmə bağlanıb.
Fransalı yarımmüdafiəçi Teo “Real”ın yetirməsidir.
Xatırladaq ki, “Kordoba” ötən mövsüm Sequndaya yüksəlib.