Ölkə futbolu

“Zirə” heç-heçə etdi, “Kəpəz” qalib gəldi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Səbail” “Zirə”ni qəbul edib. Görüşdə qol səsi çıxmayıb. Meydan sahibləri xallarını 27, qonaqlar isə 30 edib.

Günün ikinci görüşü Qəbələ şəhər stadionunda gerçəkləşib. “Kəpəz” və “Turan Tovuz” komandaları arasında baş tutan görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

Bu nəticənin ardından “Kəpəz” xallarının sayını 15-ə çatdırıb. Tovuz təmsilçisinin isə 22 xalı var.

Azərbaycan Premyer Liqası

XIX tur

15:00. “Səbail” – “Zirə” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“ASCO Arena”

17:30. “Kəpəz” – “Turan Tovuz” 2:1

Qollar: Ayxan Quseynov 4 (0:1), Şakir Seyidov, 25 (1:1), Martins Junior, 72 (2:1)

Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz bərabərlik qeydə alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları yanvarın 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43