Ölkə futbolu

“Zirə” ilk transferini reallaşdırdı – EKSKLÜZİV

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi “Kəpəz”in oyunçusu Elçin Əlicanovla müqavilə bağlayıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar bu gün müsbət nəticələnib. 

Əlicanov daha əvvəl “Araz Naxçıvan”la danışıq aparsa da, tərəflər maliyyə məsələsinə görə anlaşa bilməyib.

Müdafiəçi növbəti mövsümdən “Zirə” forması geyinəcək.

Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43