28 Noyabr 2021
Kateqoriyasız

“Zirə” şəhidlərimizin məzarını ziyarət etdi

“Zirə” Anım Günündə şəhidlərimizi yad edib.Klub adını daşıdığı qəsəbənin Vətən müharibəsində həlak olan şəhidlərinin məzarını ziyarət edib.

Hər 3 şəhidimiz üçün çələng hazırlanıb, klub nümayəndələri anım mərasiminə qatılıb.

“Zirə” vaxtilə komandanın formasını geymiş İlqar Bürcəliyevi də unutmayıb. Klub nümayəndələri Gəncədə olub, Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarət edib, çələng qoyublar. Daha sonra müharibə vaxtı raket zərbələrindən ziyan çəkmiş şəhər mərkəzinə baş çəkilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Sənan Qurbanov: “Bizə belə futbol lazım deyil”

admin

“Qarabağ” testin nəticələrini açıqladı

admin

“Sabah” rumınlara qarşı

admin