20 Oktyabr 2021
Kateqoriyasız

“Zirə” Samir Abasovu istefaya göndərdi

“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

İdmanxeber.az-ın klubun saytına istinadən yayydığı xəbərə görə, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

“Zirə” PFK Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Zirə” ölkə çempionatında 7 turdan sonra 8  xalla 5-ci pillədə qərarlaşıb. Komanda son turda doğma meydanda “Qəbələ” ilə heç-heçə edib – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”a mesaj var: “Cütün taleyini Bakıda həll etmək istəyirik” 

admin

Yığmamız oyuna hazırdı (VİDEO)

admin

Bu günün koronavirus statistikası

admin