Ölkə futbolu

Fransalı futbolçu “Zirə”də qol hesabını açdı

“Zirə”nin futbolçusu Rodriqo Bonqonqui komandada qol hesabını açıb. Fransalı hücumçu Azərbaycan kubokunun “Keşlə” ilə səfərdə keçirilən ilk oyununda (2:1) fərqlənib.

O, “qartallar”ın formasındakı 6-cı matçında ilk topunu vurub. Rodriqo klub tarixinə qol sevinci yaşayan 73-cü futbolçu kimi düşüb. Həmçinin o, “Zirə”nin Azərbaycan kubokunda qol vura bilən 20-ci oyunçusudur.

Rodriqo “Zirə”yə mart ayında keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Zirə”dən 25-ci qələbə

admin

“Xəzər Lənkəran” səs-küylü transferini qovdu

admin

“Nərminə dəstək” aksiyasına “Neftçi” və “Qəbələ” klubları da qoşuldu – FOTO

admin