08 Avqust 2022
Kateqoriyasız

“Zirə”nin Müşahidə Şurası yaradıldı

“Zirə” PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev,  “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Təmkin Xəlilzadəyə ağır cəza – AFFA cəzaları açıqladı

admin

Neymar yenidən zədələndi

admin

“Bazel” – “Qarabağ” matçının hakimləri açıqlandı

admin