Ölkə futbolu

“Zirə”nin qapıçısı hamını qabaqladı

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə yalnız üç qapıçı 10 və daha çox quru oyun keçirib.

İdmanxeber.az xəbər verir ki, “Zirə”nin legioneri Tiaqo Silva rekordçu olub. Portuqaliyalı qolkiper mövsüm ərzində hamıdan çox quru oyun keçirib. O, meydana çıxdığı 35 matçın 17-də qapısını toxunulmaz saxlayıb.

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov ikinci olub. Onun hesabında 13 quru oyun var. İlk “üçlüy”ü Aydın Bayramov qapayıb. O, 10 görüşü qol buraxmadan tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43