“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib. 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum” Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.
Xatırladaq ki, “Zirə” bu yay Məqsəd İsayev, İsmayıl İbrahimli (“Qarabağ”dan icarəyə götürülüb), Ruan Renato, Fuad Bayramov (“Şamaxı”dan icarəyə götürülüb), Tiaqo Silva, Stefan Aka və Pyer Zeblini də heyətinə cəlb edib.