“Zirə” yeni futbolçu ilə anlaşıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı futbolçu Loris Brogno ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu “Birşot” olub. O, həmçinin, ölkəsinin “Şarlerua”, “Oud-Heverli Leueven”, “Lommel”, “Mons” və Niderlandın “Sparta” klublarında çıxış edib.